Elm və təhsil naziri cənab Emin Əmrullayevin 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumtəhsil məktəblərində layiq görülmüş bir qrup təhsil işçilərinin təltifləri təntənəli şəkildə Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təqdim edilib.
Tehsil.biz xəbər verir ki, onlardan Bərdə şəhər İnteqrasiya təlimli, internat tipli gimnaziyanın müəllimi İslamov Seymur Əbülfəz oğlu və Füzuli rayonu Əhmədbəylikənd tam orta məktəbin müəllimi Sadıqova Günel Ağaverdi qızı “Döş nişanı”, Ağcabədi Bilağanlı kənd tam orta məktəbin müəllimi Həsənova Ceyhunə Məhərrəm qızı, Ağdam rayon 125 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Könül Əşrəf qızı, Bərdə rayon 7 nömrəli tam orta məktəbin müəllimi Mehtiyeva Raziyə Füzuli qızı, Tərtər rayon 3 nömrəli ümümi orta məktəbin müəllimi Şərifova Aygün Hidayət qızı, Xocavənd rayon 4 nömrəli tam orta məktəbin müəllimi Behbudlu Mürsəl Bayram oğluna isə “Fəxri Fərman”lar təqdim edilib.
Tədbirdə idarənin rəhbər heyəti, təhsil sektorlarının əməkdaşları və müəllimləri ştirak edib.
Tədbir işirakçıları müəllimləri təbrik edib və uğurlar arzulayıb.